Leninqrad vilayətinin Vsevolojsk rayonunda yeddi aylıq körpə yuxuda qusuntudan boğulub.
Bakupost.az xəbər verir ki, bu barədə "78.ru" xəbər verib.
Körpə anası tərəfindən tibb müəssisəsinə gətirilib. Qadının sözlərinə görə, o, oğlunu yatırdıb və saat yarım sonra körpənin nəfəs almadığını görüb.Ana təcili yardım çağırmadan uşağı klinikanın qəbul şöbəsinə gətirib. Körpənin vəziyyətinin ağır olduğu aydın olub.
Həkimlər reanimasiya tədbirləri həyata keçirsələr də, uşağı xilas edə bilməyiblər. İlkin məlumatlara görə, körpə yuxuda qusuntu ilə boğulub.
Bundan əlavə, körpənin anadangəlmə genetik xəstəlikdən əziyyət çəkdiyi də məlum olub.
Hadisənin başvermə şəraiti araşdırılır.
Lalə, BakuPost