Ru
16:53 / 13 Mart 2025

"Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırdı - Araşdırma başladı - YENİLƏNİB

"Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırdı - Araşdırma başladı - YENİLƏNİB
Eye

14:15

“Yelo Bank”ın filialında müdir müştərini döyüb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.

***
16:53

Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın filial müdirinin müştərini döydüyünə dair məlumat yayılıb.

Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır:


"Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə o qeyd edib



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar