Ru
16:12 / 12 Mart 2025

Yeni nazir icra başçısının yerinə təyinat etdi - FOTO

Yeni nazir icra başçısının yerinə təyinat etdi - FOTO
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.

Bakupost.az -ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.


Nazirin əmri ilə Rəhimov Azər Eldar oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fotoda Orxan Hüseynzadə





Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar