Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 28-də Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərini qəbul edib.
Bakupost.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.