Ru
18:15 / 10 Aprel 2025

Yeni texnika almayın, köhnələri təmir edin - ABŞ şirkətindən xəbərdarlıq

Yeni texnika almayın, köhnələri təmir edin - ABŞ şirkətindən xəbərdarlıq
Eye

Elektronikanın təmiri və hissələri satışı üzrə ixtisaslaşan iFixit şirkəti Amerika istehlakçıları və biznesini Çindən gələn məhsullara yeni tariflər fonunda mövcud cihazların ömrünü uzatmaq barədə düşünməyə çağırıb.

Bakupost.az -ın xarici KİV-ə istinadən xəbərinə görə, iFixit hesab edir ki, Tramp administrasiyasının ticarət siyasətinin təsirləri əksər istehlakçılar tərəfindən hiss olunacaq.

"Demək olar ki, hər bir yeni elektron cihaz indi daha baha başa gələcək, çünki istehsalçılar son qiymətə rüsumları da daxil edir", - şirkətdən bildiriblər.

İstehlak Texnologiyaları Assosiasiyasının analitikləri daha əvvəl xəbərdarlıq etmişdilər ki, bu cür tədbirlər istehlakçı elektronikasının qiymətini 16%-dən çox artıra bilər. Bununla belə, iFixit qeyd edib ki, faktiki dərəcələrin ilkin hesablamalardan daha yüksək olduğu ortaya çıxdı.

Zaur,BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar