Ru
09:24 / 21 Avqust 2024

Yeni TikTok trendi: Gözə bal damlatmaq olarmı?

Yeni TikTok trendi: Gözə bal damlatmaq olarmı?
5978

TikTok-da yeni trendlər arasında gözə bal damlatmaq diqqət çəkib.

Bakupost.az xəbər verir ki, sosial mediada bir çox istifadəçi Jimerito çiy balının gözlərdən bəlğəmi təmizləyərək görmə problemlərini həll etdiyini iddia edir.

Lakin bu müalicə üsulu ağrılı ola bilər... Bəzi TikTok istifadəçiləri də ağrı hiss etdiklərini videolarda bildiriblər.

New York Post-a görə, bir TikTok istifadəçisi xam balın təsirini belə izah edib:

"Xam Jimerito balının tərkibində zədələnmiş toxumaların bərpasına kömək edən müxtəlif amin turşuları var. Həkimlər bunu sizə heç vaxt deməzdilər. Gözə kiçik bir damcı vurduqda, gözyaşardıcı kanallarınızı stimullaşdırır".





Bəs, balı gözə damlatmaq olarmı?


Göz son dərəcə həssas bir orqandır və bal kimi maddələr gözdə arzuolunmaz mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Bu, göz infeksiyalarına yol açar.

Bal göz qıcıqlanmasına və allergik reaksiyalara səbəb ola bilər. Bu, gözlərdə yanma, qaşınma və qızartı yaradar.Balı birbaşa gözə damlatmaq görmə problemlərinə və gözün düzgün işləməməsinə səbəb olar.

Baldan faydalanmağın ən yaxşı yolu onu yeməkdir.


Aygün
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar