"Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bakupost.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
32 yaşlı futbolçu ilə “Əl-Nəsr” maraqlanır. Klub rəhbərliyi yarımmüdafiəçinin Kriştiano Ronaldo ilə yaxşı münasibətinin olduğunu bilir və bu da transfer ehtimalını daha artırır.
Bildirilir ki, futbolçu özü də “Əl-Nəsr”ə keçməyə müsbət yanaşır.
Qeyd edək ki, bu mövsüm Kazemiro bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, Kazemiro və Ronaldo “Real” və “Mançester Yunayted” komanda yoldaşı olublar.