Biləsuvar rayonunda yeniyetmə sağlamlığına ziyan vurub.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Daşqın Rəsulov yaşadıqları evdə sirkə turşusu (İksuz) içib.
Yeniyetməni təcili tibbi yardım maşını DYP avtomobilinin müşayiəti ilə operativ şəkildə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona tibbi yardım göstərilib, lakin bir müddət sonra vəziyyətinin ağırlaşması səbəbindən Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, yeniyetmə sirkə turşusu içməsini dostuna çəkərək atıb və dostu Daşqının anasına bu haqda məlumat verib.
Faktla bağlı araşdırma aparılır.