Ru
21:28 / 13 Mart 2025

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, üç nəfər saxlanılıb - YENİLƏNİB

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, üç nəfər saxlanılıb - YENİLƏNİB
Eye

Yevlaxda baş verən ölüm hadisəsi ilə bağlı daha bir nəfər saxlanılıb.

Bakupost.az. xəbər verir ki, Yevlax rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində
2005-ci il təvəllüd Mustafazadə Məhəmməd saxlanılaraq istintaqa təhvil verilib.


***

Yevlaxdakı qətl hadisəsini törətməkdə şübhəli bilinənlər saxlanılıb.

Bakupost.az -ın məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdü Mustafalı Həsən və 2007-ci təvəllüdlü Quliyev Rəhim polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

***

Yevlaxda qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb. Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar