Yevlaxda minik maşını mikroavtobusla toqquşub.
Bakupost.az xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. Belə ki, "Vaz 21 06" markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşması nəticəsində minik maşınında olan 3 yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, mikroavtobusda işə gedən tibb bacıları olub.
Faktla bağlı araşdırma başlanıb.