Ru
17:52 / 11 Oktyabr 2024

"Youtube" reklamdan ildə bu qədər qazanırmış

735
“Biz “Youtube”u yaradanda pul qazanmaq barədə danışmamışdıq. Düşünürdük ki, sadəcə populyar məhsul olsun, internetdən istifadə edərək videoları yükləyə biləsən. Yəni, insanların videoya baxması tərəfinə foksulanmışdıq. Bu gün də “Youtube”dan videonu pulsuz yükləmək imkanı var”.

Bakupost.az Valyuta.az-a istinadən bildirir ki, bunu Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “YouTube”un həmtəsisçisi Stiv Chen deyib.

S.Chen bildirdi ki, “Youtube” texnoloji uğur olsa da, onu internetin çox geniş olmayan dövründə ərsəyə gətirdikləri üçün narahat idilər: “O dövrlər idi ki, videolara necə baxa bilərdin? Rəqəmsal kameralarla çəkilirdi, sonra kompüterə yükləyib orda baxmaq olardı. Telefonla çəkmək olmurdu. Kamera ilə çəkdiyin videonu kompüterə, sonra serverə yükləyirdin, gözləyirdin, sonra paylaşa bilərdin. “Youtube” bunu asanlaşdırsa da, yenə də video yaratmaq üçün qurğular indiki qədər yox idi. Bizim üçün çətin olan o idi ki, “Youtube” iqtisadi cəhətdən özünü internetdə doğruldacaqmı? Çünki onun xərci var idi”.

Həmtəsisçi bildirdi ki, “Youtube” doğrudan da çox böyük işlər gördü: “Bizim platformada 3 tərəf var. Kontent yaradanlar, izləyicilər və reklamçılar. Reklamçılar da təbii ki pul ödəməyə başladılar, reklamlar getməyə başladı. “Youtube” və “Google” yaxşı işlədi və reklamdan yaxşı gəlir əldə olundu. Artıq yaradıcılar öz kontentlərindən pul qazana bilirlər. Bütün reklamdan gələn vəsaitlərin müəyyən hissəsi kontenti yaradanlara gedir. Bu da çox şeyi dəyişdi. Bu gün “Youtube”un 2,5 milyard istifadəçisi var, qlobal istifadəçilərin 47 faizi “Youtube” hər gün hər ay baxırlar. “Youtube” təkcə reklamlardan ildə 80 milyard dollar qazanır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar