Ru
11:54 / 10 Oktyabr 2024

"Youtube"u "Google"a satdığım üçün peşman deyiləm - Stiv Çen

"Youtube"u "Google"a satdığım üçün peşman deyiləm - Stiv Çen
Eye

"YouTube" şirkətinin həmtəsisçisi Stiv Çen öz platformasını "Google"a satdığı üçün peşman deyil.

Bakupost.az Report-a istinadən xəbər verir ki, o, bunu "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Şirkəti "Google"a satdığım üçün peşiman deyiləm. "Google" olmasaydı, "YouTube" bu qədər populyar olmazdı. O vaxt biz pul itirirdik, illər lazım oldu ki, "YouTube" gəlirli olsun. "Google" onu satın alandan sonra inkişaf etdirməyə başladı, uzun illər "YouTube"dan pul qazana bilmədi. İnsanlar başa düşmür ki, hansı iş nə qədər çətindir, hamını xoşbəxt etmək nə qədər çətin məsələdir? Hazırda insanlar "YouTube"dan geniş istifadə edirlər, həzz alırlar. 3-4 yaşlı uşaqlar belə "YouTube"a baxır. Hazırda o, həm telefonda, həm də televiziyada çox populyardır. Kontentə baxsaq insanlar tam fərqli şeylərə baxırlar. Kontent insanlar kimi daim dəyişir", -deyə o qeyd edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar