Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:10 / 31 İyul 2024

Yüksək bal yığanlar tələbə ola bilmir - Keçid balları niyə artırılır?

4433
“Bu ilki qəbul ili ötən illərlə müqayisədə daha yaxşı nəticələrlə yadda qaldı. Abituriyentlərin göstəricilərini kurrikulum əsasında qəbul imtahanlarının başladığı dövrdən indiyədək demək olar ki, ən yüksək göstəricilər hesab etmək olar. Bu il yüksək bal toplayan abituriyentlər çoxluq təşkil edir. Bu isə onu deməyə əsas verir ki, ixtisaslar üzrə formalaşacaq keçid ballarında artım olacaq”.




Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.


O bildirib ki, xüsusilə də III ixtisas qrupunda artım daha çox müşahidə olunacaq. Ondan sonra I, IV, V və II ixtisas qruplarının keçid ballarında da artım olacaq:

“Qruplar arasında müəyyən qədər şansı olan abituriyentlər II qrupun abituriyentləridir. Bu qrupda 450 bala qədər və daha yuxarı nəticə üçün rəqabət mühiti var. Məsələn, III qrupda elə ixtisaslar var ki, orada biz 50-60, bəzilərində daha da artıq, yəni 90 bala qədər artım gözləyirik. I ixtisas qrupunda - RK altqrupunda ballarda artım olacaq. Bəzi istiqamətlərdə riyaziyyat, informatika alt qrupunda da müəyyən qədər artım ola bilər. Ümumilikdə 60 minə yaxın plan yeri ayrılıb. Abituriyetlərin sayı isə 85 mindən çoxdur. 10-12 min nəfər də V ixtisas qrupu üzrə müraciət edib. Ümumi olaraq 100 minə yaxın abituriyent müraciət edib. Birinci turu nəzərə alsaq, onların təxminən 57-58 mini qəbul ola biləcək. Yerdə qalanların isə qəbul olma ehtimalı elə də yüksək deyil. Müsabiqə şərtini ödəməyən abituriyentlər müsabiqəyə buraxılmırlar. Burada müsabiqə şərtini ödəsə də, düzgün ixtisaslaşma apara bilməyib kənarda qalan abituriyentlər də olacaq”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar