Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni” QSC-in Satınalmalar Departamentinə yeni rəis təyinatı olub.
Bakupost.az "Banker.az"a istinadən xəbər verir ki, rəhbərliyin müvafiq qərarı ilə bu vəzifəyə Tərlan Həsənli təyin edilib.
Qeyd edək ki, Tərlan Həsənli Bakı şəhərində anadan olub. O, yeni təyinatından əvvəl bir çox tanınmış holdinq və şirkətlərdə, o cümlədən "Gilan Holdinq”, "AZ Group” və "PASHA Group”a daxil olan müvafiq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Tərlan Həsənli Cresent Development (Crescent Bay), Minəçevir Tekstil Fabriki və digər irihəcmli inşaat layihələrində, paralel olaraq neft qaz sahəsində South Caucasus Pipeline Expansion (SCPX) Project layihəsində iştirak edib. O həmçinin aqrar sahədə Yalama Aqropark, Yevlax Aqropark kimi müxtəlif aqrokomplekslərin qurulmasında, irihəcmli suvarma və əkinçilik layihələrində, həmçinin "Promalt” arpa email müəssisəsi kimi ölkə əhəmiyyətli zavodların inşaatında önəmli vəzifələr alıb.
Bakalavr təhsilini Azərbaycan Texniki Universitetində Biznesin təşkili və idarə olumması üzrə alıb. Daha sonra Tərlan Həsənli 2023-cü ildə İngiltərənin nüfuzlu "Chartered Institute of Procurement & Supply (CIPS)” institutunda satınalmalar üzrə CIPs İnstitutunun diplomuna yiyələnib.
Tərlan Həsənli hazırda ADA və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Maliyyə üzrə biznesin idarə edilməsi üzrə (MBA) təhsilini davam etdirir.
İngilis, Rus, Türk dillərini sərbəst bilir.