Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:16 / 02 Dekabr 2024

Yunanların İrəvana hərbi dəstəyinin pərdəarxası: nə baş verir?

601
Xəbər verdiyimiz kimi, Yunanıstan Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemləri göndərəcək. Bu sistemlərin Ermənistana verilməsi Fransanın da iştirak etdiyi əməkdaşlıq səylərinin bir hissəsidir. Eyni zamanda Ermənistanın Yunanıstan tərəfindən əlavə silahlarla da təmin olunacağı açıqlanıb.

Qeyd edək ki, bundan öncə Hindistan Ermənistana hücum silahları göndərmişdi.

Xarici ölkələrin Ermənistanı silahlandırmaqda məqsədi nədir?

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a deyib ki, bölgədə vəziyyəti dəyişmək iddiasında olan qüvvələr davamlı olaraq Ermənistanı silahlandırırlar:

“Bu gün Yunanıstan, Hindistan, Fransa və Cənubi Koreya Ermənistana hərbi dəstək verir, hava hücumundan müdafiə sistemləri göndərirlər. Sözsüz ki, bu da sabitlik üçün ciddi təhdid yaradır. Cənubi Qafqazda öz çirkin planlarını həyata keçirmək istəyən qüvvələr məhz Ermənistanı davamlı olaraq silahlandırmaq niyyətindədir. Məqsədləri Azərbaycana qarşı hərbi-siyasi müstəvidə təzyiq göstərməkdən ibarətdir. Ermənistanın silahlandırlması bundan sonra da davam edəcək. Azərbaycan artıq buna qarşı adekvat addımlar atmağa başlayıb, öz ordusunu daha da gücləndirir. Ordumuzun arsenalında müasir silah-sursat mövcud olsa da, yeni hərbi texnikaların alınması davam edir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar