ABŞ-nin Massaçutes ştatının yaşlı sakini 1 milyon dollar udub. Maraqlısı budur ki, o bileti yuxusunun təsiri ilə alıb.
Bakupost.az xəbər verir ki, Hovard Kendal bəzən yuxularının çin çıxdığını deyib.
Belə ki, o, yuxusunda guya lotoreyada 4 milyon dollar udduğunu görüb. Səhəri “niyə də yox, bəlkə işarədir”deyə bilet alıb.
“7 Eleven adlı” lotoreya alan kişi cek-pot udub. Düzdür məbləğ 3 qalib arasında bölünüb, Hovarda 1 milyon dollar düşüb.
Şanslı kişi deyir ki, bəxtindən şikayətçi deyil.
“Real həyatda 1 milyon yuxudakı 4 milyondan daha yaxşıdır”.
Kişi puldan uşaqlarına və nəvələrinə də pay bölüşdürüb.
Aygün Musayeva
BakuPost