Ru
16:27 / 05 Aprel 2025

Zakir Həsənov əmr etdi - Erməni təxribatlarına çevik reaksiya veriləcək

 Zakir Həsənov əmr etdi - Erməni təxribatlarına çevik reaksiya veriləcək
Eye

Xəbər verdiyimiz ki, aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bakupost.az xəbər verir ki, müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.

Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar