Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:45 / 23 Oktyabr 2024

Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşdü

667
Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb.

Müdafiə Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, Qırğız Respublikasının Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Qırğız Respublikasının Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar