Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Londonda Azərbaycan səfirliyinə gəlib.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Səfir Aktauda təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib və başsağlığı verib:
Səfir bildirib ki, Ukrayna çətin zamanda Azərbaycanın yanındadır: “Ukrayna kədərinizi bölüşür. Bu çətin zamanda biz sizinləyik”.
Zaur, BakuPost