Ru
16:59 / 24 Sentyabr 2024

Zalujnı Qərbi inandırmağa çalışır: O hədəfləri vurmalıyıq

620
Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı britaniyalıları ölkəsinin qələbəsinə töhfə verəcək addımlar atmağa çağırıb.

Bakupost.az -ın "Amerikanın Səsi"nə istinadın məlumatına görə, o, partiya fəalları, deputatlar, məmurlar, o cümlədən xarici işlər naziri Devid Lammi və müdafiə naziri Con Gilidən ibarət auditoriya qarşısında çıxış edib.

Səfir xatırladıb ki, müharibədən sonra Böyük Britaniya məhz Leyboristlər Partiyasının hakimiyyəti altında Avropada təhlükəsizlik sisteminin əsası kimi NATO-nun yaradılmasında aparıcı rol oynayıb.

Zalujnı deyib ki, bu təcrübənin, “güc və çəkindirmə”nin vacibliyini anlamaq indi həm də Ukraynanın Alyansa “sürətli” üzvlüyünün lehinə olan arqumentdir.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmasına dəstək davamlı sülh üçün zəruri olan təhlükəsizlik təminatlarının əsas elementidir.

Zalujnı Ukraynanı ən son silahlarla kifayət qədər təmin etmək və onların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq zərurətini qeyd edib:

“Əgər Rusiya Ukraynadakı hər hansı mülki, yaxud hərbi hədəflərə raket atsa, bizim də eyni şəkildə cavab vermək, Rusiyadakı hərbi hədəflərə güclü hücumlar etmək hüququmuz var. BMT Nizamnaməsinin 51-ci maddəsi bundan bəhs etmirmi? Yəqin ki, bəli. Bu eskalasiya deyil. Söhbət özünümüdafiə prinsiplərindən gedir”.

O qeyd edib ki, “artıq indi” tərəfdaşlar Ukraynanın qərbində Rusiya raketləri və pilotsuz təyyarələrini vurmaqla ölkənin hava məkanının qorunmasına kömək edə bilərlər.

Zalujnı həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiqi və Qərb vergi ödəyicilərinin pullarından deyil, Ukraynaya kömək etmək üçün ilk növbədə Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən istifadə edilməsinin zəruriliyini xatırladıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar