Rusiyanın Zaporojyeyə dünənki hücumu nəticəsində yaralananların sayı kəskin artıb. Hazırda 13 nəfərin öldüyü, 113 nəfərin isə yaralandığı məlumdur.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının sədri İvan Fedorov bildirib.
“113 nəfər yaralı var, onlardan 10-nun vəziyyəti ağırdır”, - deyə o qeyd edib.
Məlumata görə, hazırda yaralılardan 59 nəfəri xəstəxanaya yerləşdirilib. Onların arasında 13 yaşlı bir qız da var. O, xəstəxanadadır, həkimlər uşağın vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Fedorov bildirib ki, düşmən Zaporojyenin mərkəzini FAB-larla (aviasiya bombası) zərbələr endirib. Onların Stepnoqorsk qəsəbəsini atəşə tutması nəticəsində isı iki nəfər ölüb, daha iki nəfər yaralanıb:
“Ümumilikdə, sutka ərzində işğalçılar Zaporojye vilayətindəki 12 yaşayış məntəqəsinə 333 zərbə endiriblər”
Yaralılar arasında 13 yaşlı bir qız da var. O, xəstəxanadadır, həkimlər uşağın vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Qeyd edək ki, bu gün Zaporojye vilayətində matəm günü elan edilib.
Lalə, BakuPost