Ru
10:28 / 31 Yanvar 2025

Zaqatalada 27 yaşlı gənc pnevmoniyadan öldü - VİDEO

Zaqatalada 27 yaşlı gənc pnevmoniyadan öldü - VİDEO
473

Yüksək hərarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 27 yaşlı oğlan orada vəfat edib.

Bakupost.az xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini Əhməd Əliyev yanvarın 26-da xəstəxanaya aparılıb.

Yaxınlarının bildirdiyinə görə, əvvəlcə onun ayaqları tutulub. İki gündən sonra isə hərarəti yüksəldiyinə görə xəstəxanaya müraciət ediblər.

TƏBİB-dən verilən məlumata görə, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində Əhməd Əliyevə ilkin olaraq pnevmoniya diaqnozu qoyulub. Sonradan isə başqa diaqnozlar təyin edilib.

Həkiminin bildirdiyinə görə, aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstə yanvarın 30-da vəfat edib.

Daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar