Ru
10:06 / 16 Aprel 2025

Zaqatala-Bakı avtobusu qəzaya uğradı, səkkiz nəfər xəsarət aldı

Zaqatala-Bakı avtobusu qəzaya uğradı, səkkiz nəfər xəsarət aldı
Eye

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən avtobus qəzaya düşüb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun Yevlax rayonu Xanabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı avtobusda xəsarət alan səkkiz nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə aparılıblar.

Xəsarət alan şəxslər aşağıdakılardır:

1988-ci il təvəllüdlü Zaqatala rayonu, Bəhmətli kənd sakini Şirinbəyova Rəqsanə Şahmalı qızı;

1960-cı il təvəllüdlü Zaqatala rayonu, Yeni Suvagil kənd sakini Məmmədova Leysanat İbad qızı;

Zaqatala rayonu, Əliabad qəsəbə sakini Adilova Həlimə Ağabala qızı;

1967-ci il təvəllüdlü Zaqatala rayon sakini Əliyev Qüdrət Abdulla oğlu;

2004-cü il təvəllüdlü Zaqatala rayonu, Aşağı Tala kənd sakini Ramazanzadə Aysel Adil qızı;

1969-cu il təvəllüdlü Zaqatala rayonu, Yeni Suvagil kənd sakini Babayeva Kifayət Hüseyn qızı;

1993-cü il təvəllüdlü Zaqatala rayonu, Yeni Suvagil kənd sakini Babayev İlkin Yusif oğlu;

1983-cü il təvəllüdlü Zaqatala rayonu, Yeni Suvagil kənd sakini Məmmədova Aygün Osman qızı.

Xəstəxanaya daxil olan şəxslərin hamısına lazımi ilkin tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar