Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək temperaturla Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 27 yaşlı Ə. Əliyev bu gün xəstəxanada dünyasını dəyişib.
Onda xəstəxanaya daxil olmazdan əvvəl 3 gün yüksək hərarət müşahidə olunduğu, temperatur düşmədiyi üçün xəstəxanaya müraciət edildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.