Ru
20:58 / 19 Fevral 2025

Zaqatalada ağır qəza: bir neçə nəfər xəsarət aldı

Zaqatalada ağır qəza: bir neçə nəfər xəsarət aldı
1010

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qax rayon Güllük kənd sakininin idarə etdiyi "VAZ 2102" markalı minik avtomobili, Ağcabədi rayon sakininin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıblar.

Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar