Ru
23:20 / 31 Avqust 2024

Zaqatalada ağır yol qəzası: Bir ailədən 4 nəfər xəsarət aldı -YENİLƏNDİ

2701

Zaqatalada ağır yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, axşam saatlarında baş verən qəza zamanı Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı və “BMW” markalı iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

Zaqatalada baş verən yol qəzasında xəsarət alanlardan 4-ü bir ailənin üzvüdür.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, onlar rayonun Aşağı tala kənd sakinləri - 1962-ci il təvəllüdlü Cəlil İspəndiyar oğlu Abbasov, 1964-cü il təvəllüdlü Sevda İsmayıl qızı Abbasova, 2017-ci il təvəllüdlü Enes Vüqar oğlu Abbasov və 2009-cu il təvəllüdlü Tuncay Tural oğlu Balayevdir.

Beşinci xəsarət alan şəxs isə rayonun Kürdəmir kənd sakini 1995-ci il təvəllüdlü Elçin Çingiz oğlu Ramizlidir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar