Ru
23:46 / 06 Noyabr 2024

Zaqatalada çay evi yandı - VİDEO

Zaqatalada çay evi yandı - VİDEO
Eye

Zaqatalada çay evində yanğın baş verib.

Bakupost.az xəbər verir ki, axşam saat 22:00 radələrində rayonun Muxax kəndində, Cəfər Ramazan oğlu Həsənova məxsus ümumi sahəsi 480 kv/m olan ikimərtəbəli binanın ikici mərtəbəsində fəaliyyət göstərən çay evinin tavan hissəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində çay evinin tavan hissəsinin və binanın dam örtüyünün 60 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar