Ru
20:18 / 08 Yanvar 2025

Zaqatalada daha bir azyaşlı öldü

Zaqatalada daha bir azyaşlı öldü
1038

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.

Bakupost.az -ın APA-ya istinadən məlumatına görə, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideyinlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.

Müayinə zamanı azyaşlı M. Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan həkim müdaxilələrinə baxmayaraq axşam saat 19 radələrində Reanimasiya şöbəsində M. Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.

Hər iki faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar