Ru
20:32 / 26 İyun 2024

Zaqatalada maşın vuran 14 yaşlı oğlan xəstəxanada öldü

1635
Zaqatalada dörd gün əvvəl mavtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, , 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 14 yaşlı Ə. Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər