Zaqatalada Heydər Əliyev Mərkəzində “Konstitusiya və həmrəylik ili” çərçivəsində “Tarixi vətənimizə – Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir keçirilib.
Bakupost.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər, ardınca Ümummilli Liderin şərəfli həyat yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin açılış nitqi ilə çıxış etdiyi tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı, Hikmət Babaoğlu, əməkdar jurnalist Telli Pənahqızı çıxış edərək Qərbi Azərbaycanın ümummilli məsələ olduğunu, soydaşlarımızın vətən həsrətinin tezliklə bitməsinə dərin inamlarını ifadə ediblər.
Tədbir bədii hissə ilə davam edib.