Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.
Bakupost.az xəbər verir ki, yığıncaqda Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.
Baş tutmuş səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti seçilib.
Federasiyanın sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.