Ru
13:35 / 12 Mart 2025

Ailələri Zaur, Xoşqədəm, Lalə və Elgizlər dağıdır - Bahar Muradovaya müraciət

Ailələri Zaur, Xoşqədəm, Lalə və Elgizlər dağıdır - Bahar Muradovaya müraciət
Eye

Zaur Aliyev


Dosent Zaur Aliyev sosial şəbəkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya müraciət edib.

Bakupost.az həmin müraciəti təqdim edir:

Hörmətli Bahar xanım!

İnanın, yaxşı vəziyyətə doğru getmir Azərbaycanda ailə dəyərləri, ailə münasibətləri, övlad tərbiyəsi. Bilmirəm baxırsınız bizim telekanallara, amma dəhşətli hadisələr baş verir. Millətin bütün dəyərləri qalıb bir neçə aparıcı və onların efirlərə çıxardığı “ailələrin” ayaqları altında.

Telekanallardakı sosial proqramlarda ailə sirlərinin bu cürə açıq formada təqdim edilməsi ailə dəyərlərini uçruma aparır, cəmiyyətdəki aqressiyanı sürətləndirir.

Ölkədə demorafik problem bir yana, ailələr sürətlə dağılır, nikahların sayı isə durmadan azalır. Səbəb nə sosial problemlər, nə işsizlik, nə də madiyyatdır. SƏBƏB: Telekanalarda baş verənlərin gənclərin psixikasına ciddi təsir etməsidir. Mən gənclərdən belə verlişərdə baş verənləri görüb qorxu içərisində ailə qurmaq istəmədiklərini dəfələrlə eşitmişəm.

Əksər gənclər elə bilir ki, ailələrdə xəyanətlər, dava-dalaş və sevgisizlik olur.

Aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin verlişlərində İslam və Aynur, Arzu və Aslan, Aslan və Aygün və digərlərin ailə problemlərinin o səviyyədə əxlaqsız formada müzakirləri gedir. Hələ o yaşlı, Ceyran adlı qadın. Ömrümüzə oturub onun hərəkətləri, ailə münasibətlərində bir Ana yox, Qaynana yox, “əfi ilan” kimi çıxış etməsi.

ANA obrazını gözdən, nüfuzdan salırlar efirlərdə. ANA deyiləndə Ceyran kimiləri yox Poladlar, Allahverdilər, Əlyarlar, Natiqlər və yüzlərlə, minlərlə şəhid, qazi dünyaya gətirən, bizi dünyaya gətirən ANAlarımız gözə gəlməlidir, bilinməlidir.

Efirdə xəyanət söhbətləri kişilər tərəfindən elə edilir ki, elə bil bizim xalqda bu belə olub, bütün kişilər arvadlarını açıq müzakirəyə qoyub guya hər zaman. Axı bu belə deyil. Bizim ailə dəyərlərimiz belə olmayıb axı.

Hələ aparıcıların şit, mənasız və mədəniyyətsiz sözləri, hərəkətləri, çıxışları. Efirlərdə baş verən mübahisələr, müzakirələr. Hələ cəmiyyətdə az-çox hörməti olmuş insanların efirlərdə ekspert kimi çıxış etməsi lap biabırçılıqdır.

Hara qədər gedəcək bu?

Axı Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından formalaşmışdır və orda açıq yazılır: “Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.”

Yoxsa çıxıb efirdə əxalqsızlıqda bir-birlərini ittiham etmək hansı qanuna, məcəlləyə, sərəncama, mənəvi dəyərlərə sığışır axı?!
Bəs onların dünyaya gətirdikləri uşaqlarn taleyi necə olacaq? Onlar bu cəmiyyətdə belə valideyinlərə görə necə yaşayacaqlar?
Cəmiyyətə zərər verən belə sosial verilişlərdə sosial problemlər yox, ailə dəyərlərini məhv edən müzakirələr edilir.

“Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi”... Bunlara görə yüzlərlə ailələr dağılır və gələcəkdə cinayətlərə yol açması qorxudur bizləri.

Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. İnanın səbrimizi zorla sıxıb saxlayırıq.
Bizim içimizdə olan qəzəbin partlayışından qoruyun bizi. Biz artıq dözülməz hisslər yaşayırıq. İnanın bunlar bizim ürək partlamısından ölməyimizə aparır. Sosial verlişərdir sosial problemləri müzakirə etsinlər. Şou verlişərdir, mahnıların oxusunlar, mədəniyyətdən danışsınılar, musiqini müzakirə etsinlər. Bunlar qalıb qıraqda ailə söhbətləri iyrənc formada müzakirə edilir.

Biz bir qaydanı bilirik əsrlərdir: AİLƏ DƏYƏRLƏRİ TOXUNULMAZDIR!!!

Kömək edin biz yaşayaq, biz həyatda qalaq. Yoxsa ürək tutması, instult, intiharlar bizim xalqı siləcək tarixdən.
Xahiş edirəm, Bahar xanım, müavfiq qurum olaraq millətin məhv olmasının qarşısını alın.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar