Ru
22:11 / 20 Fevral 2025

Zelenski ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib

Zelenski ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib
Eye

Ukrayna ABŞ ilə “sərmayələr və təhlükəsizlik haqqında” razılaşmaya hazırdır.

Bakupost.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski Kiyevdə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra deyib.

“Biz döyüş meydanındakı vəziyyəti və bütün məhbuslarımızı necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik... Ukrayna ABŞ prezidenti ilə investisiyalar və təhlükəsizlik üzrə razılaşmaya hazırdır”, - o qeyd edib.

"RBC-Ukrayna" yazır ki, Ukrayna, ABŞ-ın xüsusi elçisi ilə görüşündən sonra Zelenskinin sözlərinə görə, Trampla investisiyalar və təhlükəsizlik üzrə “güclü” razılaşmaya hazırdır.

Fevralın 20-də Zelenski Kelloqla görüşüb.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar