Ru
23:00 / 28 Mart 2025

Zelenski: ABŞ-ın hərbi yardımını borc kimi tanımayacağıq

Zelenski: ABŞ-ın hərbi yardımını borc kimi tanımayacağıq
Eye

“Ukrayna Vaşinqtondan gələn hərbi yardımı borc kimi tanımayacaq.”

Bakupist.az. xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Qeyd edək ki, mətbuatda yayılan iddialara görə, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən, göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Sözügedən kompensasiyanın məbləği 120 milyard dolları keçə bilər.

Zelenski isə Ukraynanın ABŞ-dan mineral ehtiyatlar üzrə yeni saziş layihəsini aldığını deyib:

"Bu, əvvəlki sazişdən tamamilə fərqli bir sənəddir. ABŞ-ın hərbi yardımını borc kimi tanımayacağıq. Biz dəstəyə görə minnətdarıq. Lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar