Ru
19:31 / 19 Mart 2025

Zelenski atəşkəsdən yayına bilər - Kuleba

Zelenski atəşkəsdən yayına bilər - Kuleba
Eye

Ukrayna lideri Vladimir Zelenski enerji obyektlərinə zərbə endirməmək haqda razılaşmadan yayınmağa cəhd edə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Ekspress” qəzetinə müsahibəsində bildirib.

"Zelenski üçün enerji obyektləri ilə bağlı atəşkəsdən imtina etmək çətin olacaq, lakin o, bundan yan keçməyə çalışa bilər", - o vurğulayıb.

Kuleba Ukrayna liderinin müvafiq razılaşmadan necə yayınmağa cəhd edə biləcəyini açıqlamayıb.

Martın 18-də Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. Söhbətin nəticələrindən biri Rusiya liderinin Ukraynanın enerji infrastrukturuna zərbə endirməyi dayandırması olub. Bu razılaşma ikitərəflidir, yəni həm Rusiya, həm də Ukrayna zərbələri dayandırmalıdır.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar