Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:59 / 22 Oktyabr 2024

Zelenski B planını açıqladı

602
Kiyev B planı kimi Qərbdə dondurulmuş Rusiya aktivlərini almağı düşünür.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski yerli jurnalistlərlə görüşündə bildirib.

Bundan əvvəl o, dəfələrlə Qərb ölkələrindən dəstək alınmadığı halda B planının nədən ibarət olduğu haqda suala cavab verməkdə çətinlik çəkmişdi.

“Biz alternativ maliyyə mənbələrini dondurulmuş Rusiya aktivlərində tapırıq. Biz razılığa gələ bildik və bu çıxış yolunu tapdıq”, - deyə Kanal 24 Zelenskidən sitat gətirib.

Ukrayna liderinin sözlərinə görə, A planından fərqli olaraq, alternativ planın müddəti yoxdur, lakin Vaşinqtonun Kiyevə maliyyə dəstəyini azaldacağı təqdirdə, söhbət B planının 2025-ci ildə həyata keçirilməsindən gedir:

"Bu, belə də ola bilərdi. Alış və sosial dəstək üçün pul tapmalıydıq. Və biz bu pulu tapdıq. Gələn ildən biz Rusiyanın dondurulmuş aktivlərinə arxalanacağıq”.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar