ABŞ prezidenti Donald Tramp deyib ki, o, Ukrayna ilə bağlı sülh danışıqlarını Vladimir Zelenskisiz keçirmək istəyir.
Bakupost.az xəbər verir ki, onun sözlərindən sosial mediada CBS News-un müxbiri Cennifer Ceykobs sitat gətirib.
"Tramp Zelenski haqqında “Mən onun görüşlərdə iştirak edəcək qədər vacib olduğunu düşünmürəm” deyib", - jurnalist bildirib.
Ağ Ev rəhbəri həmçinin bəyan edib ki, ABŞ-ın maliyyə naziri Skott Bessant Kiyevə “boşuna səfər edib”.
Zaur, BakuPost