Vladimir Zelenski etiraf edib ki, Ukrayna silahlı qüvvələri itirilmiş əraziləri geri qaytarmaq iqtidarında deyil.
Bakupost.az xarici KIV-ə istinadən xəbər verir ki, “Ordumuzun buna gücü çatmır, bu doğrudur” deyə o, Yaponiyanın Kyodo agentliyinə verdiyi müsahibədə müvafiq sualı cavablandırıb. O, həmçinin əlavə edib ki, Ukraynadakı münaqişə “çətin dövrə” daxil olub.
Zelenski əvvəllər təkid edirdi ki, Ukrayna münaqişəni 1991-ci il sərhədlərinə qayıdana qədər davam etdirməlidir, lakin son həftələrdə həm o, həm də onun ofisinin rəhbəri Andrey Yermak bunun mümkün olmayacağını etiraf etməyə başlayıblar.
Elgün, Bakupost