Ru
17:35 / 13 Yanvar 2025

Zelenski əsirləri KXDR-ə verməyi təklif etdi - Kremldən reaksiya

Zelenski əsirləri KXDR-ə verməyi təklif etdi - Kremldən reaksiya
1069


Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin əsir götürülən Şimali Koreya əsgərlərini Ukrayna hərbçiləri ilə dəyişdirmək şərtilə KXDR-ə təhvil verməyə hazır olması barədə sözlərini şərh etmıyib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS bildirib.

Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı TASS-a deyiv:

"Biz heç bir şəkildə şərh verə bilmərik, orada nəyin doğru olduğunu, kimin kimə nə təklif etdiyini bilmirik".

Qeyd edək ki, yanvarın 11-də Ukrayna əsgərləri Kursk vilayətində Şimali Koreyadan olan iki əsgəri əsir götürüb.
Ukrayna əsgərləri Şimali Koreyalı hərbçini Rusiyada necə əsir götürdükləri barədə videonu nümayiş etdiriblər. Başqa bir koreyalı döyüşçünün görüntüsünü isə ukraynalı desantçılar göstərib.

Rusiya KİV-i müəyyən edib ki, Kursk vilayətində əsir götürülmüş KXDR hərbçisinin üzərində aşkarlanan saxta hərbi bilet Rusiya Tıva Respublikasının əsl sakininin adına verilib.

Prezident Vladimir Zelenski Kursk vilayətində əsir götürülən KXDR-dən olan hərbçilərin dindirilməsinin ilk videosunu yayıb və bəyan edib ki, Ukrayna Rusiyadakı ukraynalı məhbuslarla mübadilə çərçivəsində onları vətənlərinə qaytarmağa hazırdır.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar