Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb.
Bakupost.az xəbər verir ki, bu barədə o, özünün "X" səhifəsində yazıb.
Bildirilir ki, telefon danışığı zamanı tərəflər Qazaxıstanda AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı insidenti müzakirə ediblər.
"Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin dəhşətli qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdim, ona və Azərbaycan xalqına başsağlığı verdi. Pilotların və təyyarənin bütün heyətinin qəhrəmanlığını qeyd etdik. İndi əsas prioritet əslində nə baş verdiyinə dair bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır", - məlumatda qeyd olunub.
Ukrayna lideri bildirib ki, hadisəyə görə Rusiya tərəfi aydın izahat verməlidir.