Ukrayna lideri Vladimir Zelenski Kursk vilayətindəki KXDR ordusu ilə bağlı yeni açıqlama verib.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, o, bu barədə noyabrın 4-də axşam çıxışında danışıb.
Zelenskinin sözlərinə görə, Kursk vilayətində artıq 11 min Şimali Koreya əsgəri var. Bu barədə ona Ukrayna kəşfiyyatı məlumat verib.
Zelenski Qərbin buna reaksiya verməməsindən təəssüfləndiyini deyib.
Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Kovalenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə Kursk bölgəsində Koreya hərbçilərinə zərbələr endirib.
Xatırladaq ki, Rusiya hakimiyyəti KXDR-dən olan hərbçilərin döyüş əməliyyatlarına cəlb olunması ilə bağlı xəbərləri tə,sdiqləməyib.
Zaur, BakuPost