Ru
16:29 / 20 Noyabr 2024

Zelenski: Müharibəni uduzacağıq - VİDEO

Zelenski: Müharibəni uduzacağıq - VİDEO
Eye

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın hərbi yardımı dayandıracağı təqdirdə Rusiyaya qarşı müharibədə uduzacaqlarını bildirib.

Ukraynada min günü keçən müharibə ilə bağlı son vəziyyəti dəyərləndirən Zelenski Rusiyaya qarşı qurulan birliyin parçalanmasından narahat olduğunu bildirib. O vurğulayıb ki, içində olduğumuz dövr Ukraynadakı birlikdən asılıdır:

"İndi ən təhlükəlisi odur ki, Avropada birliyi itiririk. Lakin əsas odur ki, Ukrayna və ABŞ arasında birlik olsun”.

Müharibəyə son qoymağın yeganə yolunun diplomatiya olduğunu vurğulayan Zelenski "Mən həqiqətən əminəm ki, bu gündən etibarən müharibənin sona çatması Putindən asılıdır. O, bunu edə bilər. Bu müharibəni bitirə bilər. Putin ABŞ-dan daha zəifdir. ABŞ prezidentinin gücü, səlahiyyəti və silahı var. ABŞ Putindən qat-qat güclü olduğu üçün təsiri daha çoxdur. Yardımı kəssələr, uduzacağımızı düşünürəm. Təbii ki, hər vəziyyətdə mübarizə aparacağıq. Ancaq bu, Amerikanın seçimi olacaqsa, nə etməli olduğumuza qərar verəcəyik".





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar