Ru
16:45 / 07 Mart 2025

Zelenski niyə səfərbərliyə qarşı çıxır? - Deputat açıqladı

Zelenski niyə səfərbərliyə qarşı çıxır? - Deputat açıqladı
Eye

Ukrayna lideri Vladimir Zelenski ölkədə mümkün seçkilər öncəsi səfərbərliklə mübarizəyə başlayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk öz Telegram kanalında məlumat verib.

Ukraynalı deputat hesab edir ki, ölkə tezliklə üç mərhələli “ssenari” yaşayacaq:

"Birincisi, Zelenski Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyindən danışmağa başlayacaq. İkincisi, ABŞ icazə verərsə, “biz seçki prosesinə yumşaq keçid görəcəyik. Növbəti mərhələdə Zelenski qəfildən insanların küçələrdə oğurlandığını və öldürüldüyünü görəcək. O, teatr səhnəsindəki qəhrəman kimi bununla mübarizəyə başlayacaq – ucadan, nümayişkaranə şəkildə, ictimaiyyət qarşısında”, – deyə o vurğulayıb.

Martın 6-da “Politico” ABŞ prezidenti Donald Trampın komandaüzvlərinin Yuliya Timoşenko və Pyotr Poroşenkonun partiyasının əsas fiqurları ilə Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı gizli danışıqlar apardığını yazıb.

Ukraynanın “Strana” nəşrinin mənbələri bu əlaqələri təsdiqləyərək “amerikalıların hamı ilə , o cümlədən Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, “reytinqlərə görə Zelenskini məğlub edə bilən” Valeri Zalujnı, həmçinin Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da əlaqə saxladığını" bildirib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar