Ru
01:16 / 04 Oktyabr 2024

Zelenski Nobel mükafatına namizəd oldu üçün

520
Ukrayna Prezidenti Vladimir Zelenskinin 2024-cü il üçün Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat dərc edib.

Bildirilib ki, mükafat üçün ümumilikdə 286 namizəd irəli sürülüb.

Qeyd olunur ki, favoritlər arasında BMT-nin Fələstin Qaçqınları üzrə Agentliyi, Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş də var. Papa Fransisk də mükafata namizəd olub.

Bununla yanaşı, bukmeker kontorları fevralda koloniyada dünyasını dəyişən rusiyalı siyasətçi Aleksey Navalnını da favorit hesab edirlər. Lakin o, mükafatı ölümündən sonra ala bilməz, ona görə də bu, mümkün deyil.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar