Ru
10:51 / 22 Noyabr 2024

Zelenski Putinə cavab verdi

Zelenski Putinə cavab verdi
Eye

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin Ukrayna ərazisinə orta mənzilli “Oreşnik” raketinin atıldığı barədə açıqlamalarına münasibət bildirib.

Bakupost.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski deyib:

“Putin etiraf etdi ki, o, artıq bu il eskalasiyaya, müharibənin genişlənməsinə doğru ikinci addım atıb. Yeni ballistik raketdən istifadə edilib. Putin bizim Dnepr şəhərini vurdu - Ukraynanın ən böyük şəhərlərindən birini. Bu, müharibənin miqyasının və qəddarlığının açıq-aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Və vurğulayacağam: bu, Rusiyanın 2024-cü il ərzində eskalasiyaya doğru ikinci addımıdır. İlk belə addım Şimali Koreyanın ən azı 11 min əsgərdən ibarət kontingenti Ukraynaya qarşı müharibəyə cəlb etmək idi”, - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Putin dünyada müharibəni genişləndirməməyə çağıran hər kəsə məhəl qoymadan bu addımların hər ikisini atıb.

"O, Çinin, Braziliyanın, Avropa ölkələrinin, Amerikanın və dünyanın bütün digər ölkələrinin nəyə çağırdığına əhəmiyyət vermir".


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar