Ru
23:25 / 14 Mart 2025

Zelenski Qanulun öldürülməsinə reaksiya verdi

Zelenski Qanulun öldürülməsinə reaksiya verdi
Eye

Ukrayna prezidenti Vladimir Zelenski hüquq-mühafizə orqanlarına neonasist kimi təqdim edilən Demyan Qanulun ölümü ilə bağlı genişmiqyaslı araşdırmaya başlamağı əmr edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə Telegram kanalında məlumat verib.

Ukrayna prezidentinin sözlərinə görə, iş üzrə araşdırmada onlarla müstəntiq, əməliyyatçı və məhkəmə eksperti iştirak edir.

“Hadisənin bütün hallarını müəyyən etmək üçün zəruri resursları cəlb etmək əmri verilib”, - Zelenski yazıb.

Qanul martın 14-də səhər saatlarında Odessada izdihamlı küçədə güllələnib. Müstəntiqlər qətlin bir neçə versiyası, o cümlədən hərbi xidmətdən yayınanların həbsinin təşkilində kömək etdiyinə görə qisas alınması versiyasını nəzərdən keçirirlər. Qanul 2014-cü il mayın 2-də Həmkarlar İttifaqları Evinin yandırılmasının iştirakçılarından biri kimi tanınır.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar