Ru
20:12 / 24 Mart 2025

Zelenski: Rusiya ABŞ-də bəzi şəxslərə təsir etməyi bacarıb

Zelenski: Rusiya  ABŞ-də bəzi şəxslərə təsir etməyi bacarıb
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ABŞ Prezidenti Donald Trampın komandasındakı bəzi insanlara məlumatlar vasitəsilə təsir etməyi bacarıb.

Bakupost.az xəbər verir ki, Ukrayna Prezidenti bunu “The Time” qəzetinə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, məlumatlarda bildirilir ki, guya ukraynalılar müharibəni bitirmək istəmirlər və Kiyevi müharibəni sonlandırmağa məcbur etmək üçün nəsə etmək lazımdır.

"Düşünürəm ki, Rusiya Ağ Ev komandasındakı bəzi insanlara məlumat vasitəsilə təsir etməyi bacarıb. Amerikalılara verdikləri mesaj, ukraynalıların müharibəni bitirmək istəmədikləri və s. ilə bağlıdır", - V.Zelenski bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar