Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Ukrayna ilə bağlı tələblərini dəyişmədiyini bildirib.
Bakupost.az xəbər verir ki, bunu dövlət başçısı ukraynalılara axşam müraciətində deyib.
Onun sözlərinə görə, Kreml Kiyevdən Ukrayna ərazilərindən imtina etməyi və ordusunu azaltmağı tələb etməyə davam edəcək.
"Biz bilirik ki, ruslar Ukrayna ilə bağlı mövqelərini və tələblərini dəyişməyiblər. Onlar ordumuzun ixtisarını tələb edəcəklər, ərazilərimizdən qanuni şəkildə imtina etməyi, həmçinin Konstitusiyanın zəiflədilməsi ilə Ukraynanın əhəmiyyətli siyasi deformasiyasını istəyəcəklər. Və mən deyirm ki, nə qədər ki, biz Ukraynada olduğumuz bir yerdəyik və möhkəm dayanmışıq, heç kim buna nail ola bilməyəcək – dünya ləyaqətli olacaq”, - deyə Zelenski vurğulayıb. bir yerdəyik. Zelenski vurğulayıb.
Zaur,BakuPost