Ukrayna prezidenti Vladimir Zelenski yaxın həftələrdə mineral resurslarla bağlı saziş imzalamaq üçün Vaşinqtona gedə bilər.
Bakupost.az bu barədə Financial Times-a istinadən xəbər verir.
"Sazişi ədliyyə, iqtisadiyyat və xarici işlər nazirləri təsdiqləyib", - nəşr yazır.
Nəşrin fikrincə, bu, Zelenskinin Ağ Evə səfəri “perspektivini açır”.
FT Kiyevin Vaşinqtonla öz ərazisində faydalı qazıntıların birgə işlənməsi haqqında saziş bağlamağa hazır olduğunu vurğulayıb. Müqavilənin yekun variantında ABŞ-dan Ukrayna üçün təhlükəsizlik zəmanətləri yer almayacaq.
Zaur,BakuPost