Ukraynada seçkilər müharibə başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra keçiriləcək.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski deyib.
“Heç kim heç nəyi təxirə salmayacaq. Biz ilk addımlara diqqət yetirməliyik ki, sakitlik olsun”, - düyib.
Zelenski vurğulayıb ki, münaqişə bitdikdən sonra hərbi vəziyyət aradan qaldırılacaq, bundan sonra Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək.
Zelenski həmçinin bildirib ki, Rusiya ilə mümkün 30 günlük atəşkəsdən münaqişənin həlli üçün daha geniş sülh sazişinin hazırlanması naminə istifadə edilə bilər.
Zaur,BakuPost